Ermənistandakı seçkilərin nəticələri Baş nazir Nikol Paşinyana hökumət qurmağa və Azərbaycanla sülhə nail olmaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq və Qərblə əlaqələri dərinləşdirmək kursunu davam etdirməyə imkan verəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Stratfor" analitik mərkəzi açıqlayıb. 

Eyni zamanda, ekspertlər hesab edirlər ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyası üçün proqnozlaşdırılan mandat sayı konstitusiya dəyişiklikləri üçün kifayət etməyəcək və bunun üçün müxalifətin dəstəyinə də ehtiyac duyulacaq.

Qeyd olunur ki, bu, Azərbaycanın bir sıra tələblərinin yerinə yetirilməsini çətinləşdirəcək.

Məqalədə həmçinin bildirilir ki, Rusiyayönlü müxalifətin güclənməsi daxili siyasi rəqabəti artıra və hökuməti Rusiyanın siyasi və iqtisadi təzyiqinə daha həssas edə bilər.

Ağarza Elçinoğlu