 |
 |
Unikal.az » Partnyorlar
Partnyorlar
 |
Laser, peçenye və şirniyyat məhsullarının istehsalı üçün sadə avadanlıqlardan tutmuş tam komplektləşdirilmiş sənaye tipli xətlərə qədər geniş çeşiddə məhsullarını – müxtəlif tutuma malik mikserlər, dəyirmi forma verən maşınlar və dəyirmi kəsmə qurğuları, xəmir tökmə maşınları, simli kəsmə maşınları, içi dolğunlu peçenye istehsalı üçün maşınlar, sendviç istehsalı maşınları, tunel şəkilli sobalar, soyutma konveyerləri və düzücülər, soda qabı, yağ, şəkər, duz səpmə qurğuları, nəmləndirmə sistemləri, biskvitli məhsullar istehsalı xətləri və bir çox başqa avadanlıqlarını təklif edir. |
 |
Padovani peçenye, qalet, bretzel, bulka, marzipan kimi məhsullar üçün dəyirmi qəlib və kəsicilər, müxtəlif növ konveyer tipli və ya biçmə üçün altlıqlar yerləşdirilmiş dəyirmi qəlib və kəsmə maşınları, həmçinin peçenye istehsalı üçün tam avtomatik xətt istehsalçısıdır. |
 |
Şirniyyat məhsulları istehsalı üçün müxtəlif növ qəlib və maşınların dizaynı və istehsalı ilə məşğul olur. Tecno Stamp, 1975-ci ildən bu günədək peçenye istehsalı üçün qəliblərdən başlayaraq xüsusi maşınların istehsalına qədər hər zaman öz orijinal emal metodunu saxlamışdır ki, bu da ona bazarı dəyişmək, texnologiya ilə təcrübəni birləşdirmək üçün müxtəlif tələbləri yerinə yetirmək imkanı vermişdir. |
 |
2F S.R.L. yumşaq xəmirli peçenye, bərk xəmirli peçenye, qalet, maye xəmirli peçenye, krem doldurulmuş məhsullar (grisbi kimi), naxışlı peçenye, maddalena, kökə, üzümlü keks, biskvitli keks, meyvəli tortlar, pizza, kurasan, biskotte və s. məhsulların istehsalı üçün tam komplektləşdirilmiş xətlər, avadanlıq və maşınlar istehsal edir. |
 |
Ecopack S.P.A. bütün dünya üzrə yayılmış çörək bişirmə sənayesi üçün xüsusi qablama məhsullarının istehsalı üzrə ixtisaslaşmış bir firmadır. Sənaye tipli istehsal sahələrinin bütün tələblərinə cavab verən, avtomatik bəsləmə qurğuları üçün bişirmə fincanlarının, panettone və colombe kimi xüsusi hallarda sənaye istehsalı üçün bişirmə qəliblərinin dizaynı və istehsalı üzrə inkişaf etmişdir. |
 |
Korin Inti Wira Engineering, qablaşdırma maşınlarının istehsalı sahəsində daha çox bazar yenilikçisi kimi tanınır. Onun, horizontal və şaquli avtomatik qablaşdırma maşınlarının istehsalı, təchizatı, dizaynı, quraşdırılması və işə salınması üzrə iyirmi ildən çox təcrübəsi vardır. |
 |
Ötən 20 il ərzində Houng Chuan Enterprise CO., LTD. Şirkəti ət, quş əti, balıq, dondurulmuş ət, qeyri-ət məhsulları, toz, ətir, dərman, ehtiyyat hissələri, elektron komponentlər, texniki məhsullar və s. qablaşdırılması üçün vakuum qablaşdırma maşınlarının peşəkar istehsalçısı və ixracatçısı olmuşdur. |
 |
Victory kağız qablar istehsalı fabriki Çinin, ən böyük kağız qablar istehsalçılarından biridir. Uzun illərdir ki, Victory Co. Ltd. kağızdan müxtəliv növ məhsulların professional istehsalçısıdır. Əsas məhsulları: kağız fincanlar, kağız qablar, kağız kasalar, rəsmli salfetlər, birdəfəlik kasalar və sairdir. |
 |
|
 |

QIZIL MÜKAFAT
Bəhrə Biskvit Fabriki ilin"Ən Yaxşı Əmtəə Nişanı"35-ci "QIZIL MÜKAFATI"adına layiq görülmüşdür. "UĞUR" MİLLİ MÜKAFATI
Bəhrə Biskvit Fabriki növbəti uğura imza atdı
|
 |
 |