İstənilən növ yumşaq peçenye növlərini saf sənaye və avtomatik üsulla minimum yağ tərkibi ilə istehsal etmək qabiliyyətinə malikdir.
İstehsal xətti əsasən aşağıdakı maşınlarla komplektləşdirilmişdir:
- üfüqi mikser və ötürmə - dəyirmi qəlib, nəmləndirici və şəkər səpən - tunel şəkilli soba - soyutma və düzmə - qablaşdırma - elektrik lövhəsi
Bütün maşınlar spesifik iş prinsipi, yığılma vaxtı və müddəti uzlaşdırılmış şəkildə hazırlanmışdır. Qurğular zavodda yığılmış və testdən keçirilmişdir. Avadanlıqların yığılması zamanı çətinlik törədən işlərin aradan qaldırılması məqsədi ilə lazımi işlər görülmüşdür. Elektrik sahəsində görülən işlər və bütün birləşmə hissələri qoşularaq test olunmuşdur. Avadanlıqların quraşdırılması, ilk istehsal üçün lazımi texnologiyanın verilməsi və reseptlərlə təmin olunması istehsalçı tərəfindən həyata keçirilir və ilk dəfə sənaye üsulu ilə peçenye istehsalına başlayan müştərilərə yüksək nəticələrin alınmasına zəmanət verilir.
QIZIL MÜKAFAT
Bəhrə Biskvit Fabriki ilin"Ən Yaxşı Əmtəə Nişanı"35-ci "QIZIL MÜKAFATI"adına layiq görülmüşdür.