Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. 

Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək.

Qeyd edək ki, "Scooby-Doo" 2005-ci ildə tarixdə ən çox bölümü olan cizgi filmi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.