Şəmkir rayonunun Düyərli kəndində bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.