İraq Parlamentinin sədri Azərbaycan şirkətlərini ölkəsində genişmiqyaslı bərpa-quruculuq işlərinə töhfə verməyə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə Möhsin Əli Əkbər Əl-Mandalavi bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Parlamentin sədri Azərbaycan Prezidentini tezliklə İraqda görməkdən məmnun olacaqlarını deyib.

Dövlət başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirib.