Goranboyda yol qəzası olub, yaralananlar var. 

"Unikal"ın məlumatına görə, hadisə Nadirkənd kəndi istiqamətində baş verib. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan qadın və kişi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov