İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirləri zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Rasim Alızadə təhlükəsizlik kəmərindən istifadə etmədiyi  üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, sənədləri yoxlanılarkən R.Alızadənin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Rayon məhkəməsinin qərarı ilə R.Alızadə 15 sutka inzibati qaydada həbs edilib.