İranın xarici işlər naziri Abbas Əraqçi regionda ordu yerləşdirən ölkələrə "sadəcə qəzaların" və ya çarpaz atəşin qurbanı olmamaq üçün ölkə sərhədlərinə yaxın əraziləri tərk etməyi tövsiyə edib.

"Unikal" xəbər verir ki, o bu açıqlamanı Tehranın Hörmüz boğazı yaxınlığında Amerika helikopterini vurması xəbəri fonunda verib.

"İran ərazisi yaxınlığında fəaliyyət göstərən xarici qüvvələr daim insan səhvi, sadəcə qəzalar və ya mümkün çarpaz atəş riski ilə üzləşirlər", - Abbas Əraqçi sosial media platforması "X"də paylaşımında yazıb.

Bu gün ABŞ-nin AH-64 Apache hərbi helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. İki heyət üzvü xəsarət almayıb. Donald Tramp daha sonra təyyarənin İran tərəfindən vurulduğunu etiraf edib.