İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər və motosikletin sürücüsü hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

















.jpg)


































