Tovuzda vətəndaşa məxsus fərdi evdə yanğın olub.
"Unikal" xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində ehtimala görə ildırım çaxmasından sonra naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsininin qarşısı alıb. Yanğın təxminən 40 kvadratmetr ərazidə evin birinci mərtəbəsindəki mətbəx və ona bitişik zalda baş verib. Zal yanar konstruksiyaları və içərisindəki məişət avadanlıqları tamamilə yanaraq külə dönüb. Alovu söndürmək üçün köməyə qonşular da gəlib.
Nəticədə 10-dək insan zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.
Hadisənin dəqiq başvermə səbəbləri Tovuz Rayon Polis şöbəsində araşdırılır.

















.jpg)


































