"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.

"Unikal" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u qəbul edəcək.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək.

Görüşün baş hakimi polşalı FIFA referisi Lukaş Kujma olacaq.

Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.