Azərbaycan əsilli rusiyalı sahibkar Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində zərər çəkənlərə yardım göstərilməsində iştirak edəcək.

"Unikal" xəbər verir ki, bu barədə RBK telekanalına “Crocus” Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti Emin Ağalarov məlumat verib.