"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir". 

"Unikal" xəbər verir ki, bunu rəqqasə Fatimə Fətəliyeva "Günaydın, Azərbaycan" proqramında deyib.

O bildirib ki, biznesi sayəsində bir çox insana çörək verir:

"Bir sıra insanlar var ki, onlar şərhlərdə elə yandıran sözlər yazırlar... Deyirsən, kaş mən rahatlıqla pul qazanardım, ayağımı ayağımın üstünə qoyardım və problemləri düşünməzdim. Mənə görə arxamda olan ordu pul qazanır. Bu da bir vasitəçilikdir. Nə deyim? Allah hamıya kömək olsun".