Şəmkirdə 7-ci sinif şagirdi bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü. Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar davam etdirilir

*** 23:11

Şəmkirdə 7-ci sinif şagirdi naməlum şəxs tərəfindən bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Dərhal o əməliyat edilib,vəziyyətinin kafi olduğu bidlirilir.

Məlumata görə M.Qasımov məktəbdən qayıdakən naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov