Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kənd ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Cəhri qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Daşqın Muxtar oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.