Ukrayna yenidən Rusiya ərazisindəki neft anbarlarına PUA-larla hücum edib. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, PUA-lar Smolensk yaxınlığındakı Razdorovo rayonunda neft anbarına düşüb.

Bildirilib ki, gecə saatlarında 15 dəqiqə fərqlə iki partlayış baş verib. Bundan sonra sənaye obyektinin ərazisində yanğın başlayıb. 

Bundan əlavə, Voronej vilayətinə də PUA hücumu edilib, neft emalı zavodu yanıb. 

Ağarza Elçinoğlu