ABŞ-nin keçmiş prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı böyük insan adlandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Amerika mətbuatı yazıb. 

“Prezident kimi mən iki ölkəmizin dəyərlərini və maraqlarını inkişaf etdirmək üçün böyük insan olan Baş nazir Orbanla işləməkdən qürur duyurdum”, - deyə Tramp qeyd edib. 

Keçmiş prezident əlavə edib ki, ABŞ-də keçiriləcək prezident seçkilərində ikinci müddətə seçiləcəyi təqdirdə baş nazirlə yenidən yaxından işləməyi “səbirsizliklə gözləyir”.

Gülayə Mecid