Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.

FHN-dən “Unikal”a verilən xəbərə görə, yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib.

Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.