Sabirabadda bacısını güllələyib öldürən 1986-cı il təvəllüdlü Murtuz Məmmədov cəzadan azad edilib.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə M.Məmmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi məlum olub və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.
İttihama görə, hadisə rayonun Qardaşkənd kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü M.Məmmədov ov silahı əldə edərək, səhər saatlarında bir evdə yaşadığı bacısı Ülviyyə Məmmədovanın yataq otağına gəlib. O, otaqda yatmış vəziyyətdə olan bacısına boğaz nahiyəsindən iki dəfə atəş açaraq qətlə yetirib. M.Məmmədov daha sonra silahla birlikdə evdən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb və istintaqa təhvil verilib.









































.png)












