"Güman edirəm ki, həbs olunacağam. Heç bir hüquqi orqandan qanuni bir şey gözləmirəm. Ona görə də bu bir prosesdir, hamımız hazırıq, hər şey çox yaxşıdır".
"Unikal" xəbər verir ki, bunu "Güclü Ermənistan" partiyasının deputatlığa namizədi David Qazinyan Mərkəzi Seçki Komissiyasının qarşısında jurnalistlərlə söhbətində deyib.
O, toxunulmazlığından məhrum edilməsi ilə bağlı ərizənin Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdən keçirilməsi barədə danışarkən bildirib: "Bütün bunlar boş şeydir, bu, hakimiyyətin qorxuları ilə bağlıdır, mənim heç bir gözləntilərim yoxdur.
Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası "Güclü Ermənistan" partiyasının deputatlığa namizədi Davit Qazinyanın toxunulmazlığından məhrum edilməsi məsələsini müzakirə edəcək. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, İrəvanın Ərəbkir inzibati rayonundakı alyansın seçkiqabağı ofisinin vəzifəli şəxslərinin və namizəd Davit Qazinyanın tərəfdarları ilə razılığa gələrək seçicilərə rüşvət verdiyinə dair faktiki məlumatlar əldə edilib.
Ağarza Elçinoğlu


















.png)

.png)









.png)















