"SpaceX" şirkətinin qurucusu İlon Maskın xalis sərvəti 1 trilyon dollardan 957 milyard dollara düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb. İndeks, digər amillərlə yanaşı, şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
Son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.
İyunun 12-də Mask, "SpaceX" şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Beləliklə, o, təxminən iki həftə ərzində trilyoner statusunu saxlayıb.
Lakin ötən gün "SpaceX" səhmləri süni intellekt layihələrini maliyyələşdirmək üçün ilk investisiya dərəcəli istiqraz təklifinin elan edilməsindən sonra ardıcıl üç gündür ki, ucuzlaşıb. Bundan əlavə, ticarət məlumatlarına görə, "Tesla"nın Nasdaq-dakı səhmləri 16 iyundan bəri 4,14%, "SpaceX" səhmləri isə 17,13% ucuzlaşıb.







.jpg)






.png)





































