Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib.
Məhkəmə qısa müşavirədən sonra işin məhkəmə baxışına verildiyini elan edib.
Məhkəmənin ilk baxış iclası iyulun 8-nə təyin edilib.
Xatırladaq ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib.
İlkin araşdırmalarla 1982-ci il təvəllüdlü İqor Lısenkonun tanışı 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu

















































