ABŞ-nin İran nefti və onun emal məhsullarının satışına tətbiq etdiyi sanksiyaların dayandırılmasından sonra İran enerji resurslarını ABŞ ilə münaqişədən əvvəlki dövrlə müqayisədə 20 faiz daha yüksək qiymətə ixrac etməyə başlayıb.
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
"Bəziləri deyirdi ki, sanksiyaların ləğvi həyata keçməyəcək bir vəddir. Lakin sanksiyalar dayandırıldı və indi İran nefti 20 faiz daha yüksək qiymətə satılır, əldə olunan gəlirlər isə hesablara daxil olur", - deyə o, İranın dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

















































.jpg)




