Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşıb. 

"İlk sərhəd dirəyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazaxıstan hissəsində quraşdırılıb", - deyə Paşinyan qeyd edib. 

Xatırladaq ki, bu gün Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılıb

Ağarza Elçinoğlu