Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib.
"Unikal" xəbər verir ki, monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda, sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.



















































.jpeg)


