Ermənistanın baş nazir müavini Mger Qriqoryan Ermənistan-Rusiya münasibətlərində mövcud olan fikir ayrılıqlarının açıq dialoq yolu ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, mövcud məsələlərin və fikir ayrılıqlarının açıq dialoq sayəsində uğurla həll olunacağı, Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və mehriban qonşuluq ruhunda inkişaf etməyə davam edəcəyi gözlənilir.
Qriqoryan qeyd edib ki, Ermənistan və Rusiyanı əsrlərə söykənən tarixi münasibətlər birləşdirir. O vurğulayıb ki, İrəvan iki ölkə arasında əməkdaşlıq tarixini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrin gələcək inkişafının hər iki dövlətin maraqlarına cavab verdiyinə, regionda sabitlik və rifahın möhkəmlənməsinə töhfə verdiyinə inanır.




































.jpg)
.jpeg)








.jpg)









