ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.
"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında Kanada millisi Mərakeş seçməsi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İyulun 5-nə keçən gecə isə Paraqvay və Fransa yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.












.jpg)













.png)





.png)
















