"İranla (münaqişəyə son qoymaq üçün imzalanan anlaşma memorandumu - red.) müqavilə mənim üçün bitdi. Artıq onlarla iş görmək istəmirəm".
"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte ilə Beştəpədə görüşü zamanı deyib.
NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının ikinci günündə çıxış edən Tramp İrana çox sərt zərbələr endirdiklərini bildirib: "Mən onlara dedim ki, siz bizə hər dəfə zərbə endirəndə biz də sizə qarşılıq verəcəyik. Əlbəttə ki, onlar çirkli oyunçulardır, ona görə də yəqin ki, mən də daxil olmaqla hər kəsi hədəf alırlar.
Onlar dəlidirlər və nüvə silahına sahib ola bilməzlər. Onlar insanları öldürürlər. Onlar minlərlə əsgərimizi öldürüblər.
Düzünü desəm, onlarla çox vaxt itirmişik. Düşünürəm ki, işimizi davam etdirməliyik. Təsəvvür edə bilərsinizmi, dünən gəmilərə raket atəşi açmağa başladılar. Əslində Səudiyyə Ərəbistanına, Küveytə və bir neçə başqa yerə. Düşünmürəm ki, nə etdiklərini bilirlər".
ABŞ lideri İranın onu "məhv etmək" istədiyini iddia edib: "Mən onların bütün siyahılarındayam. Bu səhər bəzi şeylər gördüm. Onların siyahılarının hər birindəyəm. İndiyə qədər bir az şanslı olduğumu düşünürəm, amma bu, çox uzun çəkməyə bilər. Çünki bəzən işlər böyük insanlar üçün belə olur".
İranla müqaviləyə toxunan Tramp deyib: "Düşünürəm ki, bitdi. Onsuz da onlarla iş görmək istəmirəm. Onlar alçaq varlıqlardır. Bilirsiniz, alçaq varlıq nə deməkdir? Onlar alçaq varlıqlardır. Onlar xəstə insanlardır. Xəstə insanlar tərəfindən idarə edilirlərr və onlar amansız, zorakı insanlardır. Əgər onların nüvə silahı olsaydı, ondan istifadə edərdilər. Məncə, artıq bitdi".
Ağarza Elçinoğlu
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini açıqladı
— Unikal.az (@UnikalOrgPortal) July 8, 2026
✔️ https://t.co/9KNs2UyAAZ#trump #nato #iran #ceasefire pic.twitter.com/WOJxr3x3e8










.jpg)



































.jpg)









