"Bu gecə İrana çox ağır zərbə endirəcəyik".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ankarada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü üçün Ankarada səfərdə olan ABŞ lideri İranla bağlı yeni açıqlamalar verib.
Tramp İranın qətiyyən nüvə silahına sahib olmamalı olduğunu bildirib: "Biz İranı məhv edirik. İranın hava qüvvələri yoxdur. İranın nə donanması, nə də hava qüvvələri qalıb. ABŞ olaraq biz 200 nəfər itirdik. Obama əslində onları maliyyələşdirdi, 1,7 milyard dollar təmin etdi. Görəsən Obama bu pulu verəndə nə düşünürdü? Yeri gəlmişkən, açığı, onlar bu pulu səhv ölkəyə verdilər. Mən bunu Obamanın Nüvə Silahları üzrə Pis Müqaviləsi adlandırıram. İran nüvə silahı istehsal etməməlidir. Müqaviləmiz belə olacaq. İndi biz İranın nüvəsiz olmasını istəyirik. Biz 8 müharibəyə son qoyduq. İran 47 ildir ki, səhv hərəkət edir. Onlar Yaxın Şərqdə və başqa yerlərdə qırğınlar törədiblər. Onlar bizim əsgərlərimizi öldürüblər. Bunlar İranda istehsal olunan bombalardır. İran 47 ildir ki, problem yaradır.
Çox güman ki, bu gecə İrana çox ağır zərbələr endirəcəyik. İran bu hücumlara layiqdir. İran dedi ki, "Xahiş edirik bizi dəfn mərasimində vurmayın" və mən dedim ki, "Yaxşı". Biz Xarq adasını ələ keçirə bilərik. Biz blokadanı bərpa edə bilərik. Biz eyni silahları yenidən istifadə edə bilərik. İranlılar xəstədir, onların problemləri var".
Ağarza Elçinoğlu










.jpg)


































.jpg)









