İspaniyanın Əndəlüs bölgəsi Los Qallardos bölgəsində baş verən böyük meşə yanğını nəticəsində kütləvi ölüm hadisələrindən sonra üç günlük rəsmi matəm elan edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yanğınsöndürənlər yanğınla mübarizəni davam etdirirlər.
Hazırda 12 nəfərin öldüyü, daha səkkiz nəfərin yaralandığı təsdiqlənib və 23 nəfərin taleyi hələ də məlum deyil. Ölənlər arasında Britaniya və Belçika vətəndaşları da ola bilər.
Matəm müddətində hökumət binalarındakı bayraqlar yarıya endiriləcək. Bu səbəbdən Los-Ancelesdə İspaniya və Belçika arasında keçiriləcək futbol matçının ictimai yayımı da ləğv edilib.
Geniş əraziyə sürətlə yayılan yanğın artıq 3000 hektardan çox meşəni məhv edib və nəzarətdən çıxıb. Güclü külək yanğınsöndürənlərin səylərinə mane olur.
İlkin araşdırmalara görə, yanğına elektrik kabelinin qırılması səbəb ola bilər və yanğın daha sonra meşəyə yayılıb.









.jpg)

.jpg)



















.jpg)







_1766155543.jpeg)





.jpg)










