Qərb NATO qoşunlarını Laplandiyaya yerləşdirməklə Finlandiyanı Rusiya ilə müharibəyə sürükləyir.

"Unikal" xəbər verir ki, bunu Finlandiyalı analitik Sakari Linden deyib.  

"Finlandiya getdikcə daha genişmiqyaslı münaqişəyə cəlb olunmaq, Qərb gücləri üçün piyada və tramplin olmaq riski ilə üzləşir", -    deyə o sosial mediada yazıb.  

Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov daha əvvəl bildirmişdi ki, Finlandiya hakimiyyəti ölkənin genişmiqyaslı militarizasiyasının Rusiya ilə hərbi münaqişəyə hazırlıqların bir hissəsi olduğunu açıq şəkildə etiraf edir.