Ukrayna Prezidenti Volodimir Zelenski Timur Tkaçenkonun (Timur Firudin oğlu Məmmədov - red.) Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
"Unikal" xəbər verir ki, müvafiq sənəd dövlət başçısının saytında dərc edilib.
Tkaçenko bu vəzifəni 2024-cü ildən bəri tutur. Bundan əvvəl o, Kiyev meriyasında çalışıb, həmçinin, strateji sənaye üzrə nazir müavini və icma və ərazi inkişafı üzrə nazir müavini vəzifələrində çalışıb.
Yerli media Tkaçenkonun vəzifədən azad edilməsini onun hazırkı Kiyev meri Vitali Kliçkoya qarşı müxalifət qura bilməməsi ilə əlaqələndirir. Yerli nəşrlər hesab edir ki, Ali Radanın keçmiş deputatı Oleq Lyaşko indi bu vəzifəni tuta bilər.






.jpg)

.jpg)







.jpg)

















.jpeg)

.jpg)


.jpg)

















