ABŞ İranla danışıqlar aparır.

"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Biz onlarla danışıqlar aparırıq", - deyə o bildirib.

Amerika lideri, həmçinin, İranın ABŞ ilə danışıqlara əvvəlkindən daha ciddi yanaşdığı fikrini də dilə gətirib.

Lakin Tramp hələlik İrana qarşı genişmiqyaslı hücumlar barədə qərar vermədiyini bildirib.