Cahangir Hacıyev Bakı Fond Birjasından da uzaqlaşdırıldı
11:12 08-12-2015
CƏMİYYƏT
Cahangir Hacıyev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq BFB-dən məlumat verilib. "Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.
Hazırda C. Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.
Xatırladaq k, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.
C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.
XƏBƏR LENTİ
00:57
00:38
00:23
23:55
23:25
23:13
23:05
22:44
22:33
22:21
22:01
21:38
21:33
20:48
20:32
700 balı o topladı
20:32
20:26
20:08
20:06
19:36
19:13
18:51
18:48
18:37
18:36
18:23
18:17
Sabah Aşura günüdür
18:17
18:15
18:13
18:11
17:52
17:52
17:37
Daha çox yüklə

























.jpg)










.jpg)



















