Ermənistan və Hindistan müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan və Ermənistanın baş nazirləri Nerendra Modi və Nikol Paşinyan razılığa gəliblər.
Modi çıxışında telefon söhbətinin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib. Hindistanın baş naziri son hadisələrdən sonra İranda qalan Hindistan vətəndaşlarının təxliyəsini asanlaşdırdığına görə Paşinyana təşəkkür etdiyini qeyd edib.
"Biz ölkələrimiz arasında ticarət, müdafiə, texnologiya və humanitar əlaqələr də daxil olmaqla əsas sahələrdə isti və çoxşaxəli tərəfdaşlığı daha da gücləndirmək üçün ortaq öhdəliyimizi bir daha təsdiqlədik", - deyə Modi qeyd edib.

























.jpg)










.jpg)


















