Vətən müharibəsi şəhidlərimizin övladları builki qəbul imtahanında yüksək nəticə göstəriblər.
"Unikal" xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat paylaşıb.
Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun oğlu - Qax rayonu 2 saylı tam orta məktəbin şagirdi Sənan Məmmədzadə builki qəbul imtahanında 621 bal toplayıb.
Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon Texniki, Təbiət Fənləri Təmayüllü Liseyin 11-ci sinif şagirdi Ayan Niftəliyeva IV qrup üzrə qəbul imtahanından 655,9 bal qazanıb. Ayanın əsas hədəfi yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olub, həkim olmaqdır.
Xatırladaq ki, Ayanın qardaşı Nihad Niftəliyev də 3 il əvvəl yüksək balla Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olub.
Xatırladaq ki, Sənanın bacısı Səbinə Məmmədzadə də təşkilatımız tərəfindən həyata keçirilən “Əmanətə sədaqət” adlı təqaüd proqramının iştirakçılarındandır.



















.jpg)










.jpg)























