Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Göyçay-Ucar avtomobil yolunda hərəktdə olan iki minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 44 yaşlı Qaraxan Dərgahov və 65 yaşlı Xeyrəddin Kərimov xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.