ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə dostluq münasibətlərini bərpa etmək niyyətində olmadığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İtaliyanın Baş naziri Corca Meloni Fransada keçirilən G7 sammiti zamanı təkrar-təkrar mənimlə şəkil çəkdirməyi xahiş edirdi. Onun İtaliyada populyarlıq göstəriciləri pisdir, bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya hazırlamasının qarşısının alınması məsələsində ABŞ-yə rədd cavabı verdi. (Yeri gəlmişkən, eyni şeyi NATO da etdi. İtaliyanın Baş naziri həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə İtaliyanın uçuş-enmə zolaqlarından istifadə etməyə icazə verməyib, bu isə "ciddi logistik narahatlıqlar" yaradıb" deyə Tramp qeyd edib.



































.jpg)




















