Sumqayıtda yaşlı qadın döyülərək öldürülüb.
"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, müayinələr zamanı yaşlı qadında ağciyər ödemi, döş qəfəsinin küt travması və baş-beyin silkələnməsi aşkarlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 65 yaşlı Ramiz Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin isə nə üstündə törədildiyi hələ ki məlum deyil. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.















































.webp)







