“Neftçi” kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.
Klubdan "Unikal"a bildirilib ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017/2018 mövsümündən Bakı təmsilçisinin şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.
“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/2013-2014/2015 və 2023/2024-2025/2026 mövsümlərində “Neftçi”də olub və 25 rəsmi oyun keçirib.
































.webp)










.jpeg)










