Musiqi həvəskarları və peşəkar ifaçılar üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) müxtəlif növ musiqi alətlərinin satışı təşkil olunub.
"Unikal" xəbər verir ki, alıcılara milli musiqi alətləri ilə yanaşı, simli, klavişli, zərb, nəfəsli və yaylı musiqi alətlərinin geniş seçimi təqdim edilir. Burada həmçinin musiqi alətləri üçün simlər, aksessuarlar və digər zəruri avadanlıqları da əldə etmək mümkündür.
Musiqi alətlərinin satışı və sifarişi üçün vətəndaşlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinə müraciət edə bilərlər. Müxtəlif məhsulların münasib qiymətlərlə təklif olunduğu bildirilir.







.jpeg)

















































