Braziliya millisi və İspaniyanın "Barselona" klubunun cinah hücumçusu Rafinya zədələnib.
"Unikal" xarici mediaya istinadla xəbər verir ki, 27 yaşlı futbolçuya sağ budun əzələ zədəsi diaqnozu qoyulub. Bu səbəbdən o, Braziliya millisinin qarşıdakı rəsmi oyunlarında komandasına kömək edə bilməyəcək.
Rafinya Braziliya-Haiti oyununda ilk hissədə zədələnərək əvəzlənmişdi.
Qeyd edək ki, Braziliya millisi dünya kubokunda Mərakeşlə 1-1 hesablı heç-heçə edib, Haiti üzərində 3-0 hesablı qələbə qazanıb. Karlo Ançelottinin yetirmələri növbəti turda Şotlandiya ilə qarşılaşacaq.
























































