"Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

"Unikal" xəbər verir ki, "Azersun Arena"nın məşq meydançasında baş tutan qarşılaşmada Ağdam təmsilçisi rəqibini məğlub edib.

Görüş 4:3 hesabı ilə bitib.

"Köhlən atlar"ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli, Bakı klubunda George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov fərqləniblər.