Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyev və Muxtar Qasımovun anım günləri münasibətilə məzarları ziyarət edilib, xatirələri ehtiramla yad olunub.

"Unikal" xəbər verir ki, ziyarətdə Ağdam Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Milli Qəhrəmanların ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri və qazilər iştirak ediblər.

Çıxış edənlər Milli Qəhrəmanların həyat yolundan, onların vətənpərvərliklərindən, göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs ediblər. Milli Qəhrəmanlarının ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.