Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 26 yaşlı kişinin meyiti tapılıb.

"Unikal" xəbər verir ki,  kanalın rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.