İlk və yeganə Əfqanıstan kosmonavtı Əbdül Əhəd Mohmand 68 yaşında Almaniyada vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə "Tolo News" kanalı məlumat yayıb.
Nəşr bildirib ki, "Əfqanıstanın ilk və yeganə astronavtı Əbdül Əhəd Mohmand bazar günü xərçəngdən vəfat edib".
Ailəsi və dostları onun ölüm xəbərini təsdiqləyiblər. Onlar bildiriblər ki, Mohmand ömrünün son illərində ailəsi ilə birlikdə Ştutqartda yaşayıb.
Əbdül Əhəd Mohmand 1987-ci ildə Qaqarin Hərbi Hava Qüvvələri Akademiyasını bitirib və eyni zamanda Krasnodar və Kiyev Hərbi Aviasiya Məktəblərində təhsil alıb. 1988-ci ildə, 29 yaşında, o, Mir kosmik stansiyasına səyahət edib və orada təxminən doqquz gün keçirib.
Gülayə Mecid





















































