Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.

"Unikal"ın məlumatına görə, dənizdə batanlardan ikisi - 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu qardaş olublar.

Onların meyiti dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.