Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə heç bir dəyişiklik etməyi planlaşdırmır.
"Unikal" xəbər verir ki, o, bunu icra orqanının iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Yəni, hökumət üzvləri - baş nazirin müavinləri və nazirlər yenidən təyin olunacaq. Bəzi dəyişikliklər digər səviyyələrdə də baş verəcək", - deyə o qeyd edib.
Paşinyan xatırladıb ki, dünyanın ən yaxşı 200 universitetinin məzunlarını hökumətin kadr bankına daxil etməyə dəvət edir. Onun sözlərinə görə, Ermənistanda dövlət aparatında işləmək getdikcə daha cəlbedici olacaq.
Ağarza Elçinoğlu


















.jpeg)


.png)

























