Böyük Britaniya hökuməti Ukraynanın yenidənqurma layihələri üçün əlavə 290 milyon funt sterlinq (təxminən 380 milyon dollar) ayıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper məlumat verib.
Onun sözlərinə görə, yeni paketə Ukraynanın Energoatom şirkətinə nüvə yanacağı tədarükü üçün Urenco ilə 210 milyon funt sterlinq dəyərində müqavilə daxildir.
Kuper qeyd edib ki, "Bundan əlavə, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Ukraynanın bərpa olunan enerji və bank sektorlarındakı layihələrə 65 milyon funt sterlinqə qədər vəsait ayrılacaq".
Britaniya Xarici İşlər Nazirliyi vəsaitin iki külək elektrik stansiyasının tikintisinə, Lvov Bankı vasitəsilə biznesin dəstəklənməsi və Lvov Hava Limanının modernləşdirilməsinə sərf olunacağını dəqiqləşdirib.
Gülayə Mecid





















.jpeg)


.png)























